14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Xarici futbol

“Vestri” darmadağın olub

“Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya 1-ci liqasında (statusuna görə 2-ci liqa) növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 13-də komanda 14-cü turun matçında öz meydanında “Fylkir”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

“Vestri”nin qollarını 49-cu dəqiqədə Tordur Haftorsson və 85-ci dəqiqədə penaltidən Qunnar Hauksson vurublar.

Bu məğlubiyyətdən sonra “Vestri” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Reykyavikdə keçiriləcək “Vestri" - "Qarabağ" oyunu yerli vaxtla iyulun 16-ı saat 20:00-da, Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da başlayacaq.

Xatırladaq ki, ilk matçda "Qarabağ" 3:0 hesabı ilə qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31