24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Xarici futbol

Blind "Ayaks"a qayıtdı

Niderlandın "Ayaks" klubu müdafiəçi Deyli Blindin transferini elan edib.

Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı futbolçu "Jirona"dan ayrıldıqdan sonra azad agent kimi Amsterdam təmsilçisinə qoşulub. Onunla 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu, Blindin "Ayaks"a dördüncü gəlişidir. O, ilk dəfə 9 yaşında klubun akademiyasına qoşulub və 2008-ci ildə əsas komandada debüt edib. Daha sonra 2010-cu ildə "Qroningen"dəki icarədən qayıdıb, 2018-ci ildə isə "Mançester Yunayted"dən transfer olunaraq yenidən Niderland klubunun formasını geyinib.

Qeyd edək ki, Blind "Ayaks"ın heyətində 333 oyunda 13 qol vurub. O, klubla 7 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Təcrübəli müdafiəçi karyerası ərzində "Mançester Yunayted", "Bavariya" və "Jirona"nın da formasını geyinib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30