24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Xarici futbol

Messi Maradonanı geridə qoydu

Argentina millisinin lideri Lionel Messi dünya çempionatları tarixində növbəti rekorda imza atıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 39 yaşlı futbolçu mundiallar tarixində ən çox qol ötürməsi verən futbolçu olub.

Messi DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən matçın 79-cu dəqiqəsində Kristian Romeroya məhsuldar ötürmə verib. Bununla da, o, karyerası ərzində dünya çempionatlarında 9-cu dəfə qol ötürməsi müəllifi olub. Messi bu nəticə ilə həmyerlisi, əfsanəvi Dieqo Armando Maradonanı geridə qoyub. Maradonanın hesabında 8 məhsuldar ötürmə var idi.

Xatırladaq ki, Argentina millisi Misir üzərində 3:2 hesablı əzmkar qələbə qazanmaqla dünya çempionatında 1/4 finala yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30