18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Xarici futbol

“Zirə”nin rəqibi Gürcüstan Superkubokunu qazandı

UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan “Torpedo” Gürcüstan Superkuboku uğrunda həlledici görüşə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Kutaisi təmsilçisi “İberia 1999”la üz-üzə gəlib.

“Torpedo” ilk hissədə 2:0 hesabda önə keçməsinə baxmayaraq, rəqib matçın gedişində tarazlığı bərpa edib. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Zirə”nin rəqibi Gürcüstan Superkubokunun qalibi olub.

Kutaisi klubu tarixində dördüncü dəfə Gürcüstan Superkubokuna sahib çıxıb. “Torpedo” buna qədər 2018, 2019 və 2024-cü illərdə də titulu qazanıb.

“İberia 1999” - “Torpedo” (Kutaisi) - 2:2, pen - 5:6

Qollar: Andriç, 5 (0:1), Arabidze, 34 (0:2), Bedoşvili, 37 (1:2), Dadiani, 76 (2:2)

Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30