7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Zirə”nin rəqibi yenə qələbəyə həsrət qaldı

“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan çempionatında növbəti oyuna çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Kutaisi təmsilçisi 19-cu tur çərçivəsində öz meydanında “Spaeri” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.

Bununla da, “Torpedo” ardıcıl dördüncü matçda qələbəyə həsrət qalıb. Əvvəlki 3 turda uduzan Kutaisi klubu bu dəfə heç-heçə ilə kifayətlənib. Xallarının sayını 27-ə çatdıran “Torpedo” 4-cü sıradadır. Lider “Rustavi”nin 32, 2-ci pillədəki “İberia 1999”un 31, 3-cü sıradakı “Dinamo”nun (Tbilisi) isə 28 xalı var. Lakin son iki komanda bir oyun az keçirib.

Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30