7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

Kannavaro: “Portuqaliyaya qarşı mümkün qədər az səhv etməliyik”

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro bu gün DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Portuqaliyaya qarşı keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının “Globo”ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis güclü rəqibə qarşı minimum dərəcədə səhv etməli olduqlarını bildirib:

“Portuqaliya bütün aspektlərdə güclüdür. Biz bu cür rəqibə qarşı necə oynamalı olduğumuzu bilməliyik. Meydan boyu boş-boşuna qaçmağa dəyməz. Portuqaliya kimi komandaya qarşı oynayarkən hər şeyi nəzərə almalısan. Bütün gücümüzü verməli və mümkün qədər az səhv etməliyik. Yalnız bu halda oyunun sonunda çıxışımızdan razı qala bilərik”.

Xatırladaq ki, bu gün keçiriləcək Portuqaliya - Özbəkistan matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk turda Portuqaliya Konqo ilə heç-heçə (1:1) oynayıb, Özbəkistan isə Kolumbiyaya uduzub (1:3).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30