14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Xarici futbol

“Neftçi”çiylə oyunda cəzalanan futbolçu “Qalatasaray”a “qiymət oxudu”

 “Qalatasaray” rəsmiləri Milan “İnter”inin müdafiəçisi Andrea Ranokkiya ilə razılığa gələ bilməmələrinin səbəbini açıqlayıblar. Futbolxeber.az-ın məlumatına görə, keçidlə bağlı “Qalatasaray”la “İnter” arasında heç bir problem olmayıb. Tərəflər təcrübəli müdafiəçinin mövsümün sonuna kimi icarə əsasında İstanbul klubunda çıxış etməsi ilə bağlı razılığa gəliblər. Lakin Ranokkiyanın “Qalatasaray”dan tələb etdiyi məvacib “Cim-Bom”u fikrindən daşındırıb. Belə ki, italyan futbolçu Türkiyədə keçirəcəyi 4 ay üçün “Qalatasaray”dan 2,4 milyon avro tələb edib. Bu tələbi rədd edən “Qalatasaray” rəsmilərinin Ronakkiyanın istəyinə verdikləri qısaca cavab belə olub: “Bu rəqəm çox gülməlidir”.

Xatırladaq ki, Andrea Ranokkiya ötən mövsüm Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində “Neftçi”yə baş tutan oyunda meydanda olub. Bakıda keçirilən görüşdə 64-cü dəqiqədə Joel Obinin əvəzinə meydana daxil olan futbolçu, 8 dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31