24 Sentyabr 2026, Cümə axşamı
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Xarici futbol

Mahir qayıtdı, “Kayzerslautern” qalib gəldi

Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Arminiya Bilfeld”i qəbul edib. Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub - 2:0.

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli, 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Düsseldorf”la görüşdə forma geymişdi.

Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Kayzerslautern” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30