10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

Halkın yeni klubu bilindi

Braziliyalı hücumçu Halkın yeni klubu bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında yazıb.

O bildirib ki, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı forvard "Fluminense" ilə razılığa gəlib. Tərəflər arasında mümkün transferin detalları isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Halk 2021-ci ilin fevralından “Atletiko Mineyro”nun formasını geyinirdi. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulmuşdu.

Təcrübəli futbolçu karyerası ərzində "Zenit" "Porto", "Tokyo Verdy", "Kavasaki Frontale", "Vitóriya" kimi komandalarda çıxış edib. Braziliya millisinin sabiq üzvü cari mövsümdə “Atletiko Mineyro”nun heyətində 22 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30