30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

"Zirə"nin futbolçusu ehtiyatda qaldı, komandası Kameruna uduzdu

“Zirə”nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 3-cü tur matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan komanda son turda Kamerunla qarşılaşıb.

Görüş Mozambik millisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Rikardo Martines bu matçda iştirak etməyib. O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Halbuki 30 yaşlı yarımmüdafiəçi əvvəlki iki görüşdə 90 dəqiqə meydanda olub.

Məğlubiyyətə baxmayaraq, qrupu 3 xalla 3-cü pillədə başa vuran Mozambik millisi 1/8 finala yüksəlib. Komanda 1/8 finalda yanvarın 5-də Nigeriya ilə üz-üzə gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30