27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Xarici futbol

Konte: “Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”

“Qələbədən və onu necə qazandığımızdan məmnunuq. İlk hissədə yüksək temp nümayiş etdirdik, ikinci hissədə də eyni ritmi qorumağa çalışdıq. Uduzan komanda təbii olaraq irəli çıxır, biz isə bəzi epizodlarda topu daha yaxşı saxlaya bilərdik. Amma ümumilikdə çox güclü rəqibə qarşı vacib qələbə qazandıq. “Atalanta” Marseldə böyük uğura imza atmışdı. Bu axşam “Maradona” stadionu tam enerji ilə dolu idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasının 12-ci turunda “Atalanta”nı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, son günlər mətbuatda komandadakı mənfi atmosferin yaranması iddialarına belə münasibət bildirib: “Kənardan deyilənlər daha çox narahatlıq yaradır. Mənim futbolçularla münasibətim çox açıq və səmimidir. Həmişə bir-birimizə doğru olanı deyirik, çünki mən maskasız bir insanam. Bunu bəziləri bəyənmir, amma mənə hər zaman dürüst olmağı öyrədiblər. Media danışsın, biz isə işimizə davam etməliyik. İstirahətə gəldikdə...”

Konte sonda qısaca noyabrın 25-də Neapolda “Qarabağ”a qarşı keçiriləcək oyun barədə də danışıb: “Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır. Enerjimizi bərpa edib, yeni qarşılaşmaya yaxşı hazırlaşmalıyıq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31