12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Xarici futbol

Robbi Kin “Qarabağ”la oyundan danışdı

“İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi. İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik. Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Ferensvaroş”un baş məşqçisi Robbi Kin deyib. Budapeşt təmsilçisi dünən Macarıstan çempionatının 4-cü turunda evdə “Akademiya Puşkaş” komandasına 1:2 hesabı ilə uduzub və liderliyi əldən verib.

Avqustun 19-da “Ferensvaroş” Budapeştdə “Qarabağ”la UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq.

İrlandiyalı mütəxəssis “Qarabağ”la qarşıdan gələn matça da toxunub: “İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən çərşənbə axşamkı oyuna (“Qarabağ”la görüş - red.) hazır olmalıyıq. Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq. Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31