29 Oktyabr 2026, Cümə axşamı
1/8 finalın bütün cütləri bilindi
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

"Ferensvaroş"un baş məşqçisi: "Qarabağ"dan danışdı

“Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsi oyunları "Ferensvaroş" üçün məyusedici ola bilər”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Robbi Kin deyib.

O, Bolqarıstan təmsilçisi "Ludoqorets"ə evdə 3 cavabsız qolla qalib gəldikləri III təsnifat mərhələsinin cavab matçından sonra fikirlərini bölüşüb: "Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir. Xüsusən də ikinci hissədəki oyuna görə. Lakin azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik".

45 yaşlı mütəxəssis Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaları ehtimalı barədə də danışıb: "Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam. Bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm".

Qeyd edək ki, "Qarabağ" Macarıstan çempionuna qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31