18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Xarici futbol

"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"

"Omoniya"nın baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri "Araz-Naxçıvan" barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Gürcüstanda “Torpedo”ya 4 cavabsız qolla qalib gəldikləri II təsnifat mərhələsinin cavab matçından sonra bu barədə açıqlama verib.

Mütəxəssis oyundan və hesabdan razı olduqlarını söyləyib: "Növbəti raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. "Aris"in oynadığı yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini də bilirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" III təsnifat mərhələsində "Omoniya" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30