7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

“Mançester Siti” sabiq qapıçısını geri qaytarır

“Bernli”nin qapıçısı Ceyms Trafford “Mançester Siti” keçməyə yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

O bildirib ki, iki klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. 22 yaşlı qapıçı bu gün tibbi müayinədən keçəcək. “Mançester Siti” Ceyms Trafford üçün 31 milyon avro ödəyəcək.

Xatırladaq ki, “şəhərlirlər” 2021-ci ildə Ceyms Traffordu heyətinə qatmışdı. Lakin bir müddət müxtəlif klublarda icarə əsasında çıxış edən gənc qapıçı 17,3 milyon avroya “Bernli”yə satıldı.

Ötən mövsüm o, Çempionşipin ən yaxşı qapıçısı seçilib. Trafford 45 matçdan 29-da qapısını toxunulmaz saxlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31