12 Iyun 2026, Cümə
Amin Seydiyev “Zirə”yə keçdi
Millimiz FİFA reytinqində gerilədi
Pedro Bikalyo daha üç il "Qarabağ"da
"Zirə"də beş yeni müqavilə - RƏSMİ

Xarici futbol

Mahir Emreli zədələndi

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə 2-ci Bundesliqa klubunun saytı açıqlama yayıb.

28 yaşlı hücumçu 31-ci turda "Fortuna" ilə matçda əlindən xəsarət alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.

Hazırda futbolçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib. Qeyd olunub ki, Mahirin nə vaxt məşqlərə başlayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, "Fortuna" ilə matçda (3:3) komandasının 2-ci qolunu vuran Emreli ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30