9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Renatdan məhsuldar ötürmə

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 26-cı tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə “Korona Kielçe” ilə qarşılaşıb. Görüş "Radomiak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana oyunun 64-cü dəqiqəsində çıxan Renat isə 67-ci dəqiqədə sarı vərəqə alıb, 90+4-cü dəqiqədə qolun ötürməsini edib.

Qeyd edək ki, “Radomiak” hazırda turnir cədvəlində 34 xalla 9-cudur. “Korona Kielçe” isə 33 xalla 13-cü yerdədir.

Xatırladaq ki, Renat Dadaşov Polşa təmsilçisinin heyətində buna qədər 3 oyuna çıxıb və 2 qolun müəllifi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31