21 Iyun 2026, Bazar günü
“Zirə”dən yeni qapıçı transferi
“Neftçi”dən yarımmüdafiəçi transferi
"Zirə"də gözlənilməz ayrılıq
DÇ-2026: Türkiyədən erkən vida

Xarici futbol

Millimizin hücumçusu klubundan ayrılır

Türkiyənin 1-ci liqa təmsilçisi “Ankaragücü” hücumçusu Renat Dadaşovla yolları ayrmağa hazırlaşır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Haber Ankara” nəşri yazıb.

Ötən yay transfer olunan Azərbaycan millisinin futbolçusunun yaxın günlərdə klubu tərk edəcəyi bildirilib.

Qeyd olunub ki, 26 yaşlı futbolçu “Ankaragücü”nün ən bahalı oyunçularındandır. O, bu mövsüm 17 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.

Dadaşov bu yaxınlarda əsas komandadan xaric edilib.

Qəzet yazır ki, R.Dadaşovla yanaşı, daha 3 legioner futbolçu - Kevin Varga, Riad Bajiç və Rikardo Saponara da göndəriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30