28 Mart 2026, Şənbə
Yığmamız 6 qolla qələbə qazandı
U-21 millimiz darmadağın oldu
Qapı bağlı qalıb... qapıçılarımıza
"Neftçi" məşqləri bərpa etdi

Xarici futbol

Juninyo "Flamenqo"da ilk qolunu vurdu

Qış fasiləsində “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında ilk qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı hücumçu Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə görüşdə fərqlənib. O, qolu komanda yoldaşının vəfat edən anasına həsr edib.

Start heyətdə meydana çıxan forvard 37-ci dəqiqədə hesabı açıb. Oyun "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Juninyo 73-cü dəqiqədə əvəzlənib.

"Flamenqo" 12 komanda arasında keçirilən Quanbara kubokunda hazırda 13 xalla ilk pillədədir.

Qeyd edək ki, 2023-cü ilin yayından bu ilin yanvarına qədər "Qarabağ"da oynayan 28 yaşlıı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31