31 May 2026, Bazar günü
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Xarici futbol

“Hatayspor”un prezidenti: “Renat Dadaşovun ödənişi həyata keçirilib”

Türkiyənin “Hatayspor” klubunun prezidenti Hikmət Çinçin Azərbaycan millisinin üzvü Renat Dadaşova görə transfer qadağası ilə üzləşmələri haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Radyospor"a açıqlamasında deyib ki, Dadaşova edilməli olan ödəniş həyata keçirilsə də, intizam cəzası ilə üzləşibər:

"Renat Dadaşovun sənədinə görə cəzalandırıldıq. Onun ödənişi həyata keçirilib. Lakin bu, intizam cəzasıdır. Bu cəzalar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. Ortada ciddi bir iş var. “Hatayspor”da yaşanan laqeydlik kimi proseslərə FİFA da qarışdı və təəssüf ki, iki transfer dövrünü əhatə edən cəza aldıq.  Biz bu prosesi FİFA və İsveçrə Məhkəməsinə çatdıracağıq".

Qeyd edək ki, hazırda Türkiyə 1-ci liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunda oynayıb və 31 oyunda 6 qol vurub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31