8 Fevral 2026, Bazar günü
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Reşford Fransa klubunun hədəfində

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Futbolxeber.az saytının “The Telegraph”a istinadən verdiyi məlumata görə, “Monako” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu günlərdə “Knyazlıq klubu” Reşfordun keçidi üçün rəsmi təklif göndərəcək. Bildirilir ki, Monakoda gəlir vergisi yoxdur və bu, Reşfordun həftədə 300.000 funt-sterlinqdən çox olan maaşını ödəmək baxımından kluba fayda verə bilər.

Qeyd edək ki, cari mövsümdə Reşford bütün turnirlər nəzərə alınmaqla “Mançester Yunayted”in heyətində meydana çıxdığı 24 matçda 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28