27 Aprel 2026, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
XXXI turun oyun cədvəli açıqlandı
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi

Xarici futbol

İspan menecer Ermənistan klubunun sahibi oldu

İspaniyalı menecer Anton Farber Ermənistanın “Pünik” klubunun sahibi olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə İrəvan klubunun mətbuat xidməti açıqlama yayıb.

Sentyabrda rusiyalı sahibkar Artur Somomonyan “Pünik”i satışa çıxarmışdı.  

Klubun yaydığı açıqlamada bildirilib ki, “Pünik”in sahibliyi Somonyandan Farberə keçib. Qeyd olunub ki, İspaniya vətəndaşı olan Anton Farber rəsmi FİFA matç-agenti və oyunçu agenti kimi uzun illik təcrübəyə malikdir. O, Avropa və Yaxın Şərqin aparıcı futbol agentlikləri olan “Authentic.Football” və “KAI Football”un yaradıcısıdır.  

Qeyd edək ki, 16 dəfə ölkə çempionu olan "Pünik” Ermənistanın ən titullu klubudur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30