17 Sentyabr 2026, Cümə axşamı
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi

Xarici futbol

“Qarabağ”ın hücumçusu millimizin müdafiəçisi ilə komanda yoldaşı ola bilər

“Qarabağ”ın futbolçusu Redon Cica daha bir klubun maraq dairəsinə düşüb.
 
Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Albaniyanın “Eqnatiya” klubu 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
 
Qış fasiləsinə 4-cü pillədə yollanan kollektiv heyətini gücləndirmək niyyətindədir. İddiaya görə, həmin futbolçulardan biri də məhz “Qarabağ”ın forvardıdır.
 
Daha əvvəl Albaniyanın digər təmsilçisi “Partizani”nin də təcrübəli futbolçu ilə maraqlandığı bildirilib.
 
Qeyd edək ki, Redon Cica “Qarabağ”a 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
 
Əlavə edək ki, millimizin müdafiəçisi Zamiq Əliyev "Eqnatiya"da forma geyir. 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30