21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Xarici futbol

Zeedorfun oğlu "Milan"ın əsas komandasına cəlb olunub

Klarens Zeedorfun oğlu Denzel Zeedorf "Milan"ın əsas komandasına cəlb olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.
 
"Rossonerilər"in baş məşqçisi Paulo Fonseka isə bir neçə gündür ki, Denzeli əsas komandaya dəvət edib. O, komanda ilə birgə məşq etsə də, hələlik oyuna çıxmayıb.
 
Denzel 2007-ci il mayın 25-də - "Milan"ın Çempionlar Liqasında son çempionluğunu qazanmasından iki gün əvvəl anadan olub. Onun atası Klarens həmin gecə "Liverpol"a qarşı ilk 11-likdə meydana çıxıb.
 
Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə "Milan"da çıxış edib. Niderland millisinin sabiq üzvü “Real", “İnter”, “Ayaks”, “Sampdoriya” və “Botafoqo”da da oynayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31