Xarici futbol
Rebrov Azərbaycan millisi haqda: “Onların bir çox oyununu izləmişik”
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Futbolxeber.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, Ukrayna D qrupunda Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Azərbaycan komandası ilə yarışacaq.
Ukrayna Futbol Federasiyasının saytına danışan 50 yaşlı mütəxəssis deyib: “Bütün rəqiblərimiz çətindir. Düşünürəm ki, onların hər biri ilə oynaya bilərik. Bəli, birinci səbətdən bizə Fransa və ya Xorvatiya düşəcək. Məncə, fransızlar favoritdir, amma görəcəyik. Hazırlaşıb mübarizə aparacağıq. Fransızların reytinqi daha yüksəkdir, amma Xorvatiyanın oyunlarına baxmışam və başa düşürəm ki, o da çox ciddi komandadır. Təsnifat mərhələsi başlamazdan əvvəl ayrılmış vaxtdan yararlanmalı və hər bir rəqibə yaxşı hazırlaşmalıyıq. Islandiyada oynamaq çox çətin olacaq, çünki bu komanda evdə güclü çıxış edir. Son vaxtlar islandiyalılar xeyli təkmilləşiblər. Onların bir çox oyunçusu yüksək səviyyəli çempionatlarda oynayır”.
Rebrov bildirib ki, o, Ukrayna millisində oynadığı vaxtlar Azərbaycan millisi ilə qarşılaşmayıblar: “Amma onların bir çox oyununu izləmişik”.
Onun sözlərinə görə, iyun ayında iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar: “Amma indi danışıqlar gedir, ona görə də bu görüşlərlə bağlı konkret heç nə deyə bilmərik. Sadəcə qeyd edim ki, 2026-cı il dünya çempionatına hazırlaşmağa kömək edəcək rəqibləri seçəcəyik”.
Ukraynada müharibə səbəbindən milli komanda rəqiblərini başqa ölkələrdə qəbul edir. Bəs Ukrayna Azərbaycan millisi ilə matç da daxil olmaqla ev oyunlarını harada keçirəcək?
Bu haqda danışan Sergey Rebrov bildirib: “İndi qrupdakı rəqiblərimizi harada qəbul edəcəyimizi dəqiq bilmirik. Hazırda Millətlər Liqasında Belçika ilə ev matçını dəqiq harada keçirəcəyimiz belə müəyyən olunmayıb. Danışıqlar davam edir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























