12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Xarici futbol

“Qızıl top”un qalibi məlum oldu

“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, mükafatı İspaniya millisinin və “Mançester Siti”nin üzvü Rodri qazanıb. Vinisius Junior ikinci yeri tutub. Onun “Real”dakı komanda yoldaşı Cud Bellinqem isə üçüncü olub. 
 
Ötən mövsüm Rodri “Mançester Siti”nin heyətində keçirdiyi 50 matçda 9 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. 
 
O, “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və klublararası dünya çempionatının qalibi adını qazanıb. Rodri həmçinin İspaniya millisinin heyətində Avropa çempionu olub. 
 
Rodri “Qızıl top”u qazanan sayca üçüncü ispan futbolçudur. Ona qədər “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano (1957, 1959) və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares (1960) mükafatı qazanıblar. 
 
Qeyd edək ki, “Qızıl top”un son qalibi Lionel Messi idi. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31