11 Iyul 2026, Şənbə
DÇ-2026: İspaniya yarımfinalda
"Neftçi"dən böyük hesablı qələbə
Kamilo Duran rəsmən “Seltik”də
DÇ-2026: Fransa yarımfinalda

Xarici futbol

Slovakiya millisi Bakıya 3 itki ilə gəlir

UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığması Bakıya yola düşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, komandanın üç futbolçusunun millimizlə oyunu buraxacağı bildirilib. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert və yarımmüdafiəçi Matuş Berodur.
 
Obert 3-cü turda İsveçlə oyunda (2:2) sıradan çıxıb. Buna görə də futbolçu çıxış etdiyi "Kalyari" (İtaliya) klubunun düşərgəsinə qayıdıb. "Bohum"da (Almaniya) oynayan Bero məşq zamanı zədələnib. Denis Vavro isə cəzalı durumdadır.
 
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31