6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

"Yuventus", "Liverpul" və "Real"dan eyni hesablı qələbə, "Bavariya"dan darmadağın

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna start verilib.

Futbolxeber az saytının məlumatına görə, ilk oyun günündə 6 matç keçirilib.

“Yuventus” PSV-yə, "Liverpul" "Milan"a 3:1 hesabı ilə qalib gəlib.
 
"Bavariya" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran  Zaqreb "Dinamo"sunu darmadağın edib - 9:2. 
 
Son çempion "Real" isə "Ştutqart"ı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi. 
Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində yekunda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.
 
UEFA Çempionlar Liqası

Liqa mərhələsi, I tur

17 sentyabr

"Yuventus" (İtaliya) - PSV (Niderland) - 3:1

Qollar: Yıldız, 21 (1:0), Makkenniy, 27 (2:0), Qonzales, 52 (3:0), Saybari, 90+3 (3:1)

"Yanq Boyz" (İsveçrə) - "Aston Villa" (İngiltərə) - 0:3

Qollar: Tielemans, 27, Remzi, 38, Onana, 86

"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 3:1

Qollar: Pulişiç, 3 (1:0), Konate, 23 (1:1), Van Deyk, 41 (1:2), Szoboszlay, 67 (1:3)

"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
 
Qollar: Keyn, 20-pen. (1:0), Qurreyro, 34 (2:0), Olise, 38 (3:0), Petkoviç, 49 (3:1), Oqivara, 51 (3:2), Keyn, 58 (4:2), Olise, 61 (5:2), Keyn, 73-pen. (6:2), 78-pen. (7:2), Sane, 85 (8:2), Qoretska, 90+2 (9:2)
 
"Real" (İspaniya) - "Ştutqart" (Almaniya) - 3:1
 
Qollar: Mbappe, 46 (1:0), Undav, 68 (1:1), Rüdiger, 83 (2:1), Endrik, 90+5 (3:1)
 
"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa) - 2:0
 
Qollar: Qyökeres, 38 (1:0), Debast, 65 (2:0)
 
Qırmız vərəqə: Qomes, 40 ("Lill")

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31