29 Oktyabr 2026, Cümə axşamı
1/8 finalın bütün cütləri bilindi
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

"Qızıl top"a namizədlərin siyahısı açıqlandı

“France Football” nəşri 2024-cü il “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, siyahıda 30 futbolçu yer alıb.
 
Onların arasında Kriştiano Ronaldo (Portuqaliya millisi, “Əl-Nəsr”) və Lionel Messi (Argentina millisi, “İnter Mayami”) yoxdur. Bu, son 21 ildə ilk belə haldır. 
 
Digər tərəfdən də, 21 ildən sonra türk futbolçu "Qızıl top"a namizəddir. Söhbət Hakan Çalhanoğludan gedir. Sonuncu dəfə 2003-cü ildə Nihat Kahveçi ilin ən yaxşısı adına namizəd olmuşdu. 
 
“Qızıl top”a namizədlərin siyahısı:
 
Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).
 
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 28-də keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31