8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Xarici futbol

Simeone klubunu dəyişmək istəyir

“Napoli”nin hücumçusu Covanni Simeone klubdakı hazırkı durumundan razı deyil.

Futbolxeber.az saytının “Sky Sports”a istinadən verdiyi məlumata görə, bu səbəbdən də 28 yaşlı futbolçu Neapol klubunu tərk etmək barədə düşünür.

Avropanın bir sıra klubları - “Nyukasl”, “Vest Hem”, “Betis”, “Sevilya”, “Vilyarreal”, Dortmund “Borussiya” və “Ayntraxt” argentinalı forvardın xidmətində maraqlıdır.

Qeyd edək ki, cari mövsüm cəmi 4 dəfə “Napoli”nin start heyətinə düşən Simeone ümumilikdə 19 görüşdə çıxış edib və 2 qol vurub. Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilə kimidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31