20 Noyabr 2026, Cümə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XII turunda doğma meydanda "Sabah"a 1:5 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq çətin idi. 90 dəqiqə ərzində 11 nəfərlə oynasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi. Qırmızı vərəqədən sonra bizim üçün çox çətin oldu. Komandamın ilk 15 dəqiqədə yaxşı oynadığını düşünürəm. Topa sahib ola, şanslar yarada bilirdik. "Sabah" ardıcıl beş oyunda qələbə qazana bilməmişdi. Bilirdik ki, bu gün qələbə qazanmaq üçün böyük enerji sərf edəcəklər. Hər şey bizə aydın idi. İlk 15 dəqiqədə biz üstün oynadıq. Daha sonra rəqib təşəbbüsə yiyələndi. Qapımıza ilk zərbədə qol vurdular. Qoldan sonra komandam yaxşı reaksiya verdi. Qırmızı vərəqədən sonra "Sabah"a qarşı mübarizə aparmaq çox çətin idi. Məyusuq. Çalışırdıq ki, heç olmasa ilk yarını heç-heçə ilə başa vuraq. O da alınmadı. Fasilədə oyunçularıma dedim ki, təslim olmaq olmaz. Rəqibin çox keyfiyyətli oyunçuları var. Yaxşı şanslar əldə etdilər və bu nəticə qeydə alındı.

- Qırmızı vərəqə ilə bağlı fikriniz necədir?

- Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyətini deyərdim. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalıdır, daha ehtiyatlı olmalıdır. Bəlkə də rəqibin qol vurmağı yaxşıdır, nəinki belə qırmızı vərəqə almaq. Hakimin qərarına gəldikdə isə hələ epizodun təkrarına baxmamışam. İstənilən halda məyusedici haldır. O, mərkəzdə bizim üçün çox vacib oyunçudur. Komandamızın mövsümdə ilk qırmızı vərəqəsi idi.

- Bu stadionda mövsümün ilk oyununa çıxdınız. Atmosfer barədə nə deyə bilərsiniz?

- Stadion və atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Belə arenada meydana çıxmaq çox yaxşıdır. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. Futbolçularımı məyus görəndə çox pis oldum. Bu stadion və azarkeşlər üçün daha yaxşısını etməyə gücümüz var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30