20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Ölkə futbolu

Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”

“Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, "İmişli" ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda... Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olan qələbə qazanmaq çətindir. Növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda “İmişli”yə qarşı keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Penalti epizodlarını necə şərh edərdiniz?

- Ətraflı baxmamışıq. Daha sonra baxacağıq. Çox da uzun-uzadı şərh etmək istəmirəm. Amma son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tepmi düşürdü. Artırılan vaxtın da 3 dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaıtiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir.

- Penalti təyin olunanda hakimə etiraz etmədiniz...

- Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Oyunlarda elə məqamlar olur ki... Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik.

- Milli komandanın son oyunlarını necə dəyərləndirirsiniz?

- Yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular.

- Emin Mahmudov milli karyerasını başa vurdu. Bununla bağlı nə deyə bilərsiniz?

- Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30