21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

Berdiyev: “Təxribatlara cavab vermək olmaz"

“Gözlədiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdır. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının üzvü Xorxe Silvanın qırmızı vərəqə almasına belə münasibət bildirib:

“Bu, yolverilməzdir. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat var idi. Təxribatlara cavab vermək olmaz”.

Berdıyev ikinci hissədə zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edən Jo Batistanın durumunun qeyri-müəyyən olduğunu vurğulayıb: “Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30