21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”

"Gəncəbasar"la oyun gərgin və yüksək mübarizə şəraitində keçdi. Məqsədimiz 3 xal qazanmaq idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Vüqar Həsənov deyib.

28 yaşlı futbolçu komandasının Birinci Liqanın 8-ci turunda "Gəncəbasar"la heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:

"Qol imkanlarımız olsa da, təəssüf ki, onlardan yararlana bilmədik və 1 xalla kifayətlənməli olduq. Buna baxmayaraq, mübarizəmizi davam etdiririk və qarşıdakı oyunlara hazırlaşırıq. Hazırda turnir cədvəlində liderik və əsas məqsədimiz bu mövqeyimizi mövsümün sonuna qədər qorumaqdır. Əlbəttə, "Gəncəbasar", "Səbail" və "Karvan-Yevlax" da güclü rəqiblərdir. Onlar da çempionluğa iddialıdır. Lakin biz özümüzə inanırıq və sona qədər mübarizə aparacağıq. İnanıram ki, komanda olaraq qarşıya qoyduğumuz məqsədə çatmaq üçün gücümüzü ortaya qoyacağıq".

Qeyd edək ki, "Şahdağ Qusar" - "Gəncəbasar" qolsuz başa çatıb. 8 turdan sonra aktivində 19 xal olan "Şahdağ Qusar" turnir cədvəlinin birinci, "Gəncəbasar" isə 17 xalla ikinci pillədə qərarlaşıb. 16 toplayan "Karvan-yevlax" ilk "üçlüy"ü tamamlayır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30