21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Xarici futbol

KONMEBOL-dan İnfantinoya dəstək

Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) üzv olan 10 ölkə FİFA prezidenti vəzifəsinə seçkilərdə Canni İnfantinonun namizədliyini dəstəkləyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti açıqlama yayıb.

FİFA prezidentliyinə seçki 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək konqresdə baş tutacaq.

KONMEBOL-un bəyanatında bildirilib ki, üzv ölkələr İnfantinonun namizədliyinə dəstəklərini bir daha təsdiqləyiblər. Bu qərarın onun liderlik keyfiyyətlərinin və futbol sahəsində həyata keçirdiyi müsbət dəyişikliklərin etirafı olduğu vurğulanıb.

Qeyd edək ki, İnfantinodan başqa, Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kozo Taşima da bu vəzifəyə namizəddirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30