20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Ölkə futbolu

Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində

Qazaxıstanın "Akas" klubunun U-19 komandasının məşqçilər heyəti “Qarabağ”ın əsas komandasının bazasında olublar.

Futbolxeber.az-ın Qazaxıstan klubunun saytına istinadən verdiyi məlumata görə, qonaqlar Ağdam təmsilçisinin infrastrukturu, məşqlərin təşkili, futbolçuların qidalanması və bərpası prosesi ilə tanış olublar.

Onlar həmçinin trenajor zalına baş çəkib, fiziki yüklənmələrə nəzarət və məşq prosesinin təhlilində istifadə olunan Catapult sistemi ilə bağlı məlumat əldə ediblər.

Səfər zamanı "Akas" nümayəndələri “Qarabağ”ın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, hazırda "Akas"ın U-19 komandasının baş məşqçisi olan Dovran Kencaxunov 2026-cı ilin martında “Qarabağ”da bir aylıq təcrübə keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30