Ölkə futbolu
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
“Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri U-20 millimizin baş məşqçisi Rui Jorje İraqa qarşı keçirilən yoxlama oyunundan (2:1) sonra deyib.
Portuqaliyalı mütəxəssis komandanın inkişafı və futbolçuların keyfiyyəti ilə bağlı danışıb: "Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, belə də davam edəcəyik. Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edir, artırırlar. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Mənim futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar".
Baş məşqçi Lorenzo Mezzettore ilə bağlı sualı da cavablandırıb: "Deməzdim ki, mənim oyunçum olub. U-20 yığmasında mənimlə birlikdə olmayıb. Sözsüz ki, onu tanıyıram, necə oyunçu olduğunu bilirəm".
Ruy Jorje Əli Bəşirovun əvəzlənməsinin səbəbini də açıqlayıb: "Hər bir futbolçudan istifadə etmək istəyirəm. Dəyişiklik hansısa yorğunluqla bağlı deyildi. Əli Bəşirov çox yaxşı oyunçudur. Daim inkişaf edir. Bunlar onun inkişafına kömək edəcək".
Mütəxəssis dünya çempionatında komandanın hansı oyun üslubuna üstünlük verəcəyi ilə bağlı isə bunları deyib: "Bir matç iki komandanın oyunundan ibarətdir. Azərbaycan millisi bu dünya çempionatında təşkilatçı ölkə kimi iştirak edəcək. Rəqiblərin hamısı seçmə mərhələləri adlayaraq gələcəklər. Necə oynayacağımızı indidən demək məntiqsiz olardı. Əlbəttə ki, işimizi görəcəyik. Oyunumuz yaxşı alınsa, bu, məni daha çox sevindirəcək. Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi keçirsin. Ali məqsədim odur ki, bunu dünyaya göstərə bilək: azərbaycanlılar da futbol oynaya bilirlər, yaxşı çıxış edirlər".
Yığmanın Qəbələdə Yaponiya ilə matçdan sonrakı vəziyyətinə də toxunan baş məşqçi kollektivin hazırlığından tam razı qalmadığını vurğulayıb: "Çox yaxşı hazırlıqlı kollektivimiz var. Amma yenə də bilirəm ki, bu, hələ kifayət deyil. Oyunçuların səviyyəsini bilirəm. Ona görə də hələ qane olmuram".
Jorje növbəti təlim-məşq toplanışlarının ölkə xaricində keçirilməsi ehtimalı barədə də danışıb: "Çox istəyirəm ki, toplanışlarımızın hamısını burada keçirək. Bəzən bizdən asılı olmayan səbəblərdən, şəraitlə əlaqədar olaraq, ölkə xaricində də toplanış keçirə bilərik. Yanvarda burada şərait o qədər də uyğun olmur, hava soyuq olur. Bunu nəzərə alaraq, ölkə xaricində toplanış keçirə bilərik".
Baş məşqçi toplanışları Azərbaycanda keçirməyə üstünlük verməsinin səbəbini də açıqlayıb: "Çünki Azərbaycanda çox yaxşı şərait var. Hazırda buradayıq, dünya çempionatı da burada olacaq. Şərait məni qane edir. Fürsətdən istifadə edib bütün klublara təşəkkür edirəm. Hazırda FIFA təqvimindən kənar təşkil olunmuş toplanışdır. Məsələn, "Sumqayıt" bu gün oyuna çıxacaq, amma dörd futbolçusu bizimlə toplanışdadır. Bu toplanış bizim üçün çox vacib idi. Klublardan üzr istəyirəm ki, bəlkə də hansısa planlarını pozmuşuq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Zirədə dramatik oyun
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
-
19:47
Yevlaxda 4 qol vuruldu VİDEO
-
19:00
U-20 millimiz İraqa qalib gəldi
-
18:24
Sumqayıtda heyətlər müəyyənləşdi
-
17:51
Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”
-
17:33
I Liqada mərkəzi oyunda qalib müəyyənləşmədi
-
17:08
İlham Zəkiyev Misirdə Qran-pridə iştirak edəcək
-
16:45
Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
-
16:12
Kurtua “Real”la yeni müqavilə imzaladı
-
15:26
Üç şahmatçımız Qazaxıstanda yarışacaq
-
14:59
Basketbol millimiz Serbiyada təlim-məşq toplanışı keçir
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
20.11.2026
19.11.2026
18.11.2026























