20 Noyabr 2026, Cümə
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə

Digər idman növləri

Qazaxda İdman Festivalı keçirilir

2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində İdman Festivalı keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, festivalda 13-15 yaşlı uşaqlardan ibarət idmançılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük idman növləri üzrə təmsil olunurlar.

Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, AMADA və süni intellekt (AI) mövzularında təlimlər keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı da təşkil olunub.

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onlarla söhbət edib və suallarını cavablandırıb.

Görüşdə müxtəlif idman növlərini təmsil edən iştirakçılar festivalla bağlı təəssüratlarını bölüşüblər.

Sonda Fərid Qayıbov idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30