19 Noyabr 2026, Cümə axşamı
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Ölkə futbolu

Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”

Peşəkar Futbol Liqası (PFL) tərəfindən Xankəndiyə dəvət olunan veteran futbolçu Samir Ələkbərov “Xankəndi” - “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, PFL-in mətbuat xidmətinə açıqlamasında Xankəndidə yaşanan futbol bayramı münasibətlə Azərbaycan xalqını və futbol azarkeşlərini təbrik edirəm:

“Düz 40 il bundan əvvəl, elə bu ayda, Xankəndinin “Qarabağ” klubunda sonuncu oyunumu keçirmişəm. Həmin illərdə Azərbaycan komandaları ilə də qarşılaşırdıq. Gəncənin “Kəpəz”, Mingəçevirin “Avtomobilçi” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları ilə üz-üzə gəlmişik. Sevindirici haldır ki, 40 ildən sonra iki Azərbaycan komandası yenidən Xankəndidə üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzulayıram”.

Vetaran futbolçu stadionun tamamilə dəyişdiyini bildirib: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. O vaxt mənim 18 yaşım var idi. Həmin anlar yenidən gözlərim önündə canlanır. Bu stadionda çox qollar vurmuşam. Onlardan biri həmişə yaddaşımda qalacaq. “Araz-Naxçıvan” komandasına qarşı oynayırdıq. Şəhərin katibi də oyunu izləyirdi. Mənə deyirdi ki, sən qol vur, mükafatını mən verəcəyəm. Oyunun son dəqiqələri idi. Qol vurub həmin tribunaya doğru qaçdım”.

S.Ələkbərov arzularını da dilə gətirib: “Xankəndi ilə bağlı arzularım çoxdur. Məşqçi kimi burada qalıb uşaq futbolunun inkişafına töhfə verə bilərəm". 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30