8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Xarici futbol

“Neftçi”nin baş məşqçisi erməni futbolçunu ilin ən yaxşısı seçdi

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç yekunlaşmaqda olan 2023-cü ildə Rusiya Premyer Liqasında hansı futbolçunu ən yaxşı hesab etməsi barədə sualı cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Sport24.ru-nun sualını cavablandıran monteneqrolu mütəxəssis “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyanı fərqləndirib:

“Rusiya Premyer Liqasında ilin futbolçusu Eduard Spertsyandır. Burda düşünməli nə var ki? Mümkündür ki, Spertsyan Rusiyadan Avropaya yollanacaq növbəti futbolçu olacaq. O, İviçin gəlişinə qədər də səviyyəsini nümayiş etdirmişdi. Lakin hesab edirəm ki, İviçin gəlişindən sonra  onun dəstəyini hiss edən Eduard özünü daha yaxşı göstərdi. Hər zaman futbolçunun inkişafında məşqçinin əməyi var”.

Qeyd edək ki, Bojoviçin fərqləndirdiyi 23 yaşlı erməni futbolçu bu mövsüm “Krasnodar”ın heyətində meydana çıxdığı 21 matçda 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31