6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Xarici futbol

"Omoniya" Serbiya millisinin hücumçusunu transfer edib

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Kiprin “Omoniya” klubu hücumçu transfer edib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Nikosiya təmsilçisi Serbiya millisinin futbolçusu Veljko Simiclə heyətini gücləndirib.
 
28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti açıqlamasında Simicin “Qəbələ” ilə ilk oyuna hazır olacağına ümid etdiyini bildirib.
 
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30