24 Iyun 2026, Çərşənbə
"Zirə" Tavareş Vieranı transfer etdi
“Kəpəz”də yeni baş məşqçi
Eltun Yaqublu "Zirə"yə qayıtdı
"Qarabağ" Avstriyaya yollandı

Xarici futbol

“İnter” Lukakudan imtina etdi

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmayacaq.

Futbolxeber.az saytının məlumatına görə, Milan klubu belçikalı hücumçu ilə danışıqları dayandırmaq qərarına gəlib. “İnter”in belə bir qərar qəbul etməsinə futbolçunun “Yuventus”la danışıqlar aparması və “Milan”ın onun xidmətində maraqlı olması barədə yayılan xəbərlər səbəb olub. Bildirilir ki, Lukaku vəziyyəti dəyişmək üçün “İnter”in idman direktoru Pyero Ausilioya zəng etsə də, telefon danışığı qısa çəkib.

Dünən “İnter”in Lukaku üçün 35, “Yuventus”un isə 37,5 milyon avro ödəməyə hazır olduğu barədə xəbərlər yayılıb.

Xatırladaq ki, Romelu 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, 37 matçda 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30