7 Avqust 2026, Cümə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Xarici futbol

“Real” və “Barselona” arasında oyun heç vaxt yoxlama matçı olmayıb, olmayacaq da”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Amerika turnesi çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləyi oyundan danışıb.

Futbolxeber.az saytının ESPN-ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis 2 əzəli klubun qarşıdurmasının heç vaxt adi yoxlama görüşü olmadığını bildirib:

“Oyunun harda keçirilməsi önəmli deyil. Üstəlik, bu cür matçlar yoxlama görüşü xarakteri daşımır. Bu klubun qarşıdurması xüsusi əhəmiyyət daşıyır. Keçən il biz fantastik atmosferə şahidlik etmişdik. Əminəm ki, Dallasda da belə olacaq. “Real” və “Barselona” arasında oyun heç vaxt yoxlama matçı olmayıb, olmayacaq da”.

Qeyd edək ki, “Real”la “Barselona” arasında matç 29 iyulda keçiriləcək. Madrid klubu həmçinin iyulun 23-də “Milan”, 26-da “Mançester Yunayted” və avqustun 3-də “Yuventus”la üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31