9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

“Liverpul” 300 milyon avroya Mbappeni transfer edə bilər

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappe uğrunda “Real”la mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə “Marca” qəzeti çıxış edib. Bildirilir ki, İngiltərə təmsilçisi 24 yaşlı futbolçu üçün 300 milyon avro ödəməyə hazırdı.

O da qeyd edilir ki, Qətər əmiri Tamim ibn Hamad Al Tani, PSJ-nin sahibi Mbappenin klubla müqaviləsini uzatmamaq qərarını narazılıqla qarşılayıb. Paris klubunun rəhbərliyi Mbappenin sözləşməsini yeniləyəcəyinə arxayın idi.

Qeyd edək ki, bu günlərdə “Real”ın 250 milyon avroya Mbappeni transfer edəcəyi barədə xəbərlər yayılıb.  

Əlavə edək ki, PSJ Mbappeni 2018-ci ildə “Monako”dan 180 milyon avroya transfer edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31