9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Mahir mövsümün son oyununda "Beşiktaş"a qol vurdu

Türkiyə çempionatında sonuncu turun oyunu keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana çıxıb. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub. Beləliklə, qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 2-ci qolunu vurub. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Beşiktaş" 78 xalla 3-cü, "Konyaspor" 51 xalla 8-ci yerdə çempionatı başa vurub.

Xatırladaq ki, bu mövsümün qalibi "Qalatasaray" olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31