5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Xarici futbol

Ronaldonun komandası çempionluq yolunda zərbə aldı

Səudiyyə Ərəbistanı çempionatında 26-cı turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” “Əl-Halec”i qəbul edib.

Rəqibin autsayderlər qrupundan yer almasına baxmayaraq, “Əl-Nəsr” gözlənilməz xal itkisi ilə üzləşib. 4-cü dəqiqədə qapısında qol görən "Əl-Nəsr" 17-ci dəqiqədə Qonzalesin sayəsində hesabı bərabərləşdirsə də, komandanın bundan artığına gücü çatmayıb. Matçı əvəzolunmadan keçirən Kriştianu Ronaldo isə 90 dəqiqə ərzində heç nə ilə yadda qalmayıb.

Bu heç-heçə ilə "Əl-Nəsr" çempionluq yolunda zərbə alıb. Xallarının sayını 57-yə çatdıran “Əl-Nəsr” 59 xala malik lider “Əl-İttihad”a çatmaq şansını əldən verib. Üstəlik, az sonra götürəcək “Abha” ilə matçda “Əl-İttihad” qələbə qazanacağı halda, ikinci pillə ilə xal fərqi 5-ə çatacaq. Son 4 tur qalmasını nəzərə alsaq, Ronaldonun komandasının çempionluq şansı xeyli aşağıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30