11 May 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Xarici futbol

Ançelotti: “Almeriya”ya qarşı ən yaxşı oyunumuzu göstərməliyik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 32-ci turunda “Almeriya”ya qarşı keçirəcəkləri oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasından yaxşı oyun gözlədiyini bildirib:

“Son turda “Jirona”ya qarşı zəif oynadıq. Ona görə də “Almeriya” ilə matçda ən yaxşı futbolumuzu sərgiləməliyik. Etiraf edim ki, bu mövsüm La Liqada lazımi səviyyədə çıxış etmədik. Buna görə də, indi ölkə çempionatında konsentrasiya problemi yaşayırıq. La Liqadakı uğursuzluğu ölkə kuboku və Çempionlar Liqasında unutdurmalıyıq”.

Xatırladaq ki, aprelin 29-da keçiriləcək “Real” - “Almeriya” oyunu Bakı vaxtı ilə 20:30-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31