8 May 2026, Cümə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Klopp: “Ötən illə müqayisədə məşqçi kimi geriləməmişəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının hazırkı durumu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, alman mütəxəssis ötən mövsümlə müqayisədə gerilədiklərini düşünmür:

“İndi elə bir məqamdır ki, həqiqətən də bir çox şey yaxşı deyil. Uğursuz zolağa düşürsən və ordan çıxmaq heç də asan olmur. Ötən illə müqayisədə məşqçi kimi gerilədiyimi düşünmürəm. Eləcə də eyni fikri futbolçularım barədə deyə bilərəm. Bəli, cari mövsüm nəticələrimiz ürəkaçan deyil. Bəzi matçlarda çox bərbad çıxış etmişik. İndidən gələn mövsüm barədə danışmaq tezdi. Həm də azarkeşlər və mətbuat üçün bizim nəticələrimiz daim kifayət etmir. Əgər məsələyə düzgün yanaşsaq, əlbəttə ki, növbəti mövsümdə daha güclü “Liverpul” görəcəksiniz”.

Qeyd edək ki, 28 oyuna 43 xal toplayan “Liverpul” turnir cədvəlində səkkizinci yeri tutur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31