10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Xarici futbol

Ozan Canın qolu qələbə üçün kifayət etmədi

Niderland I divizionunda 33-cü turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Venlo” ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb - 2:2.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Ozan 58-ci dəqiqədə meydana çıxıb. Millimizin üzvü 10 dəqiqə sonra komandasının 2-ci qolunu vursa da, bu, qələbə üçün kifayət etməyib. “Venlo” 84-cü dəqiqədə vurduğu qolla yenilgidən qaçıb.

Kökçü cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 51 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31