22 Yanvar 2026, Cümə axşamı
17-ci turun hakim təyinatları
"Araz-Naxçıvan"da yeni məşqçi
Millimizin üzvü "Səbail"lə anlaşdı
Zubir: “10 xal inanılmaz göstəricidir”

Xarici futbol

Nevill “Mançester Yunayed”in ən vacib 4 futbolçusunun adını açıqladı

"Mançester Yunayted”in sabiq kapitanı Hari Nevill komandanın hazırkı heyəti barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçu 4 nəfəri komandanın aparıcı üzvü kimi gördüyünü bildirib:

“Ardıcıllıqla belə deyərdim: Kazemiro, Reşford, De Xea və Varan. Kazemiro komandaya bu mövsüm qoşulsa da, özünü ən yaxşı tərəfdən göstərə bildi. Digər üç futbolçuya gəldikdə isə, həm Varan, həm De Xea, həm də Reşford ötən mövsümlə müqayisədə xeyli artırıblar. Hazırda adını çəkdiyim futbolçuların hamısı əla formadadı”.

Qeyd edək ki, 26 fevralda İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”ı məğlub edən (2:0) “Mançester Yunayted” 2017-ci ildən sonra ilk titulunu qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31